Xəbər lenti

Lənkəranda dava - Saxlanılanlar var
Dünya14:57 03.04.2016

Lənkəranda dava - Saxlanılanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının 28-ci turunda baş tutan "Xəzər Lənkəran" - "Qarabağ" matçının son dəqiqələrində qalmaqal yaşanıb.
Qaynar.info sportarena.az-a istinadən xəbər verir ki, matçın 85-ci dəqiqəsində azarkeşlər arasında insident yaşanıb. Polislərin müdaxiləsi ilə azarkeşləri sakitləşdirmək mümkün olub. Məlumata görə, "Xəzər Lənkəran"ın "Caspian Ultras" fan qrupunun iki üzvü polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" matçı 1:2 hesabı ilə yekunlaşıb. 
Qaynar.info