İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycanlı yoxdur.
Qaynar.info xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi yaralıların vətəndaşlığını açıqlayıb. 36 yaralıdan 24-ü Türkiyə, 12-si xarici ölkə vətəndaşlarıdır.
12 əcnəbinin təmsil etdiyi ölkələr bunlardır:
İsrail - 6
İrlandiya - 2
İslandiya - 1
Almaniya - 1
BƏƏ - 1
İran - 1
Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri özünü partladan canlı bombadır. Ölənlərdən biri isə İsrail vətəndaşı olub.
Qaynar.info