Xəbər lenti

Leyla Yunusun həbs müddəti 5 ay uzadılıb
Siyasət09:30 18.02.2015

Leyla Yunusun həbs müddəti 5 ay uzadılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata baxılıb. 

Vəkil Elçin Qəmbərov bildirib ki, məhkəmə L. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən il oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə L. Yunusun həbs müddəti 4 ay uzadılıb. //azadliq.info

Qaynar.info