Xəbər lenti

phrase_var_qaynar. 16:05 16.05.2022

"Leyli və Məcnun" tamaşası oynanılacaq

Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası nümayiş olunacaq.
 
Qaynarinfo xəbər verir ki, tamaşa mayın 22-də təqdim olunacaq. Tamaşada "Məcnun” rolunda Əməkdar artist İlkin Əhmədov, "Leyli” rolunda isə Rəvanə Əmiraslanlı oynayacaq.
 
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, teatrın Baş rejissoru Hafiz Quliyevdir.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->