Xəbər lenti

Linç edilən erməni parlament sədri yenidən əməliyyat ediləcək
Dünya13:25 13.11.2020

Linç edilən erməni parlament sədri yenidən əməliyyat ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamentinin sədri Ararat Mirzoyana bir neçə əməliyyat keçirilib və daha bir əməliyyat gözlənilir. 
Qaynarinfo xəbər verir ki, bu haqda spikerin köməkçisi Vahan Kostanyan parlamentdəki jurnalistlərə açıqlamasında deyib. 
O, Mirzoyanın üzündən, başından və qollarından ağır xəsarət aldığını, lakin həyatı üçün təhlükə olmadığını söyləyib.
Kostanyan yaxın zamanda Mirzoyanın şəxsən bir açıqlama vermək və vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim etmək fürsəti tapacağını da deyib.
Xatırladaq ki, 9-dan 10-na keçən gecə Qarabağla bağlı açıqlamadan sonra bir qrup erməni hökumətə, daha sonra parlamentə toplaşaraq rəsmilərlə görüş tələb edib. Parlamentin sədri Ararat Mirzoyanı avtomobildən sürüyərək ailəsinin gözü qarşısında amansızlıqla döyüblər.
Alpər