ABŞ senatoru Lindsi Qrem Rusiya prezidenti Vladimir Putini xəbərdarlıq edərək bildirib ki, əgər o, Donald Trampın şərtlərini yerinə yetirməsə və Ukrayna ilə kompromisə gəlməsə, ciddi nəticələrlə üzləşəcək.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər
verir.
"Putin, sənin növbən yaxınlaşır. Donald Tramp Amerikanın siyasət və diplomatiya sahəsindəki Skotti Şeffleridir və sənə yaxşı bir dərs verməyə hazırlaşır", – deyə Qrem bəyan edib.
Senator bildirib ki, Tramp Rusiya neftini alan ölkələrə – Çinə, Hindistana və Braziliyaya qarşı rüsumlar tətbiq etməyi planlaşdırır. Qremin sözlərinə görə, bu üç ölkə ucuz Rusiya neftinin təxminən 80 faizini alır və bununla da Rusiya hərbi maşınını dəstəkləyirlər.
"Ona görə də mən Çinə, Hindistana və Braziliyaya bunu deyərdim: əgər siz ucuz Rusiya neftini almaqda davam etsəniz... biz sizə böyük gömrük rüsumları tətbiq edəcəyik və iqtisadiyyatınızı darmadağın edəcəyik", – deyə senator xəbərdarlıq edib.
Qrem əlavə edib ki, "Tramp bu oyundan bezib. Mən Putinin yerində olsaydım, tezliklə danışıqlar masasına oturardım".
Kreml daha əvvəl bəyan etmişdi ki, Putin Ukraynadakı müharibənin sülh yolu ilə tənzimlənməsi istiqamətində hərəkət etməyə hazırdır. Lakin Moskvanın əsas məqsədləri dəyişməz olaraq qalır – Kreml öz strateji hədəflərinə çatmaq istəyindədir.
Bununla belə, Qərb müşahidəçiləri Trampın Rusiyaya yönəltdiyi ultimatumun Putinə hər hansı təsir göstərdiyinə inanmırlar. "The Telegraph” qəzetinin jurnalistləri ABŞ prezidentini daha sərt addımlar atmağa çağırır – İran məsələsində olduğu kimi.
Alpər
Şərhlər