Xəbər lenti

Litva Rusiyada qismən səfərbərlik fonunda qoşunlarını döyüş hazırlığını artırdı
Dünya10:10 21.09.2022

Litva Rusiyada qismən səfərbərlik fonunda qoşunlarını döyüş hazırlığını artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litvanın Müdafiə Nazirliyi Rusiyada elan edilən qismən səfərbərliyə görə qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Litvanın müdafiə naziri Arvidas Anuşauskasın "Twitter” səhifəsinə istinadən yazıb. 
"Rusiyanın hərbi səfərbərliyi həm də sərhədlərimiz yaxınlığında (Kalinqrad vilayəti) baş tutacağından, Litvanın Çevik Reaksiya Qüvvələri Rusiyanın hər hansı təxribatının qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - o yazıb.
Nizami Bağırov