Bu gün Livanda 2009-cu ildən bəri ilk parlament seçkiləri keçirilir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, seçkilər 4 ildən bir keçirilir, lakin qonşu Suriyadakı qeyri-sabit siyasi vəziyyətə görə səsvermə təxirə salınmışdı. Namizədlər 128 yer oğrunda mübarizə aparacaq və səsvermə yerli vaxtla saat 19:00-a qədər davam edəcək.
ABŞ və bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Hizbullah silahlı qrupu da seçkilərdə iştirak edir.
Gülşən