İsrail təhlükəsizlik xidmətləri cihazları işə salmazdan əvvəl Livan peycerlərinə ərəbcə mesajlar göndərərək çoxlu sayda insanı onları üzlərinə tutmağa təşviq ediblər.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü New York Times İsrail kəşfiyyatındakı mənbələrə əsaslanaraq məlumat
yayıb.
Onların sözlərinə görə, ehtimala görə, peycerlərin bəzi sahibləri mesajların şiə Hizbullah hərəkatının yüksək rütbəli rəhbərliyindən göndərildiyini düşünüb. Nəşr qeyd edir ki, Livan "xaosa qərq olduqdan” sonra xəstəxanalar dolub, təkcə "Hizbullah” döyüşçüləri deyil, mülki şəxslər də yaralanıb.
Alpər
Şərhlər