Xəbər lenti

Liverpulda kamikadzenin kilidli taksidə partlaması görüntüləndi (VİDEO)
Dünya08:15 15.11.2021

Liverpulda kamikadzenin kilidli taksidə partlaması görüntüləndi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liverpuldan olan sıravi taksi sürücüsü böyük terror aktının qarşısını ala bilib. 
Qaynarinfo Daily Mail-ə istinadla xəbər verir ki, o, kamikadze olduğu üzə çıxan şübhəli sərnişini avtomobildə qoyaraq qapıları kilidləyib.
Hadisə ötən gün səhər saatlarında baş verib. Sürücü Devid Perri çağırış üzrə gəlib, lakin müştərinin paltarına lampa yapışdırıldığını və sərnişinin avtomobilə minməzdən əvvəl lampayla bəzi manipulyasiyalar etdiyini görüb. Əvvəlcə naməlum şəxs anım günü münasibətilə mərasimin keçirildiyi kafedrala getmək istəyib. Lakin yolda taksi tıxacda qalıb və sərnişin onu qadın xəstəxanasının binasına endirməyi xahiş edib.
Sərnişinin şübhəli hərəkətləriini görən Perri maşını saxlayıb, küçəyə atılıb və maşını kilidləyib. Bu zaman kamikadze partlayıcı qurğunu işə salıb. O, özü yerindəcə ölüb, taksi sürücüsü isə yaralanıb. Sosial şəbəkələrdə hadisə yerində lentə alınan video yayılıb.
Polis dərhal araşdırmalara başlayıb və qarşısı alınan terror aktında əli ola biləcək 3 nəfəri artıq saxlayıb. Yerli sakinlər qəhrəman taksi sürücüsünün müalicəsi üçün pul yığmağa başlayıblar.
Alpər
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //