Xəbər lenti

Liviya sahillərində 16 miqrantın meyiti tapıldı
Dünya17:58 30.10.2016

Liviya sahillərində 16 miqrantın meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Liviya sahillərində, Zuvara şəhəri yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb.

Onların hamısının Afrika ölkələrindən olduğu bildirilir.

Üç gün əvvəl Liviya sahillərində  90 miqrantın itkin düşdüyü barədə məlumat yayılmışdı.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən Avropaya 90 min miqrant gəlib, təxminən 3 min nəfər qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.(apa)

Qaynarinfo.Az