"Liviyada atəşkəsin imzalanmasına Birləşmiş Ərəb Əmirlikləri mane olub".
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu Liviya Milli Saziş Hökumətinin Dövlət Şurasının sədri Xalid əl-Mişri deyib.
Qeyd edək ki, ötən gün Moskvada keçirilən görüşdə Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Sarac hökuməti ilə atəşkəs mətnini imzalamayıb. Rusiyadan ayrıldıqdan sonra isə onun Misir və ya BƏƏ-yə getdiyi iddia edilib.
Camal