Xəbər lenti

Liviyada silahlı toqquşma: 70 ölü, 140 yaralı
Dünya07:40 18.05.2014

Liviyada silahlı toqquşma: 70 ölü, 140 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Silahlı qarşıdurma hökumət qüvvələri ilə radikal qruplaşma üzvləri arasında olub

Liviyanın Benqazi şəhərində hökumət qüvvələri ilə radikal qruplaşma üzvləri arasında silahlı qarşıdurma davam edir.

ANS PRESS-in məlumatına görə, qarşıdurma zamanı ölənlərin sayı 70-ə çatıb. Daha 140 nəfər isə yaralanıb. Yaralıların əskəriyyətinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Hökumət rəsmilərinin sözlərinə görə, hərbi əməliyyatlar istefada olan general Xəlifə Həftar tərəfindən özbaşına şəkildə icra olunub. O, əməliyyatlarda hökumətin qüvvələrindən istifadə edib. 

Ölkənin müvəqqəti baş naziri Abdullah əs-Sinni əməliyyatların qanunsuz olduğunu bildirib və tərəfləri zorakılıqlardan çəkinməyə çağırıb.

Qaynar.info