Liviyanın baş naziri Əli Zeydan bu gün səhər Tripolidə silahlı şəxslər tərəfindən qaçırılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hökumət başçısı paytaxtdakı oteldən zorla çıxarılıb və naməlum istiqamətdə aparılıb.