Xəbər lenti

Ölkə cəhənnəmə döndü, bir şəhər kül oldu – VİDEO
Dünya11:35 27.01.2017

Ölkə cəhənnəmə döndü, bir şəhər kül oldu – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çilidə bir neçə həftədir davam edən meşə yanğınları ölkəni cəhənnəmə çevirib.

Maula bölgəsinin yeddi yaşayış məntəqəsindən ən böyüyü olan Santa Olqa şəhəri kül olub.

Şəhərdə mindən çox bina yanıb. Yanan şəhərin qalıqları arasından bir cəsəd çıxarılıb, iki nəfərin itkin olduğu açıqlanıb.

“Santa Olqada yaşananları kimsə təsəvvür belə edə bilməz. Burada yaşananlar tam bir cəhənnəmi xatırladır. Son zəlzələdən sonra yaralarımızı sağaltmağa başlamışdıq. Ancaq yanğın hər şeyi bərbad etdi”, - şəhərin bələdiyyə başçısı Karlos Venesuela deyib.

“The Guardian” qəzetinə danışan “Orca” qeyri-hökumət təşkilatının rəhbəri Fransisko Henrike yanğını yaşadıqları ən pis fəlakət adlandırıb.

Yanğın nəticəsində 238 min hektar meşə kül olub.(publika)

ri-hökumət təşkilatının rəhbəri Fransisko Henrike yanğını yaşadıqları ən pis fəlakət adlandırıb.

Yanğın nəticəsində 238 min hektar meşə kül olub.

Qayanrinfo.Az