Dövlət başçısı argentinalı futbolçuya telefon ilə zəng vurdu.
Argentina prezidenti Maurisio Makri ölkənin futbol üzrə yığmasının hücumçusu Lionel Messi ilə telefon bağlantısı qurub. Preizdent futbolçudan qərarını dəyişməsini, milli komandanı tərk etməməsini xahiş edib.
ANS PRESS-in "Frans Press"ə istinadən verdiyi məlumata görə, dövlət başçısının nümayəndəsi məlumatın düzgünlüyünü təsdiqləyib. Ötən bazar ABŞ-da keçirilən Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi yığmada karyerasını başa vurduğunu bəyan edib.
Həmin matçın oyun sonrası penaltilər seriyasında hücumçu üzərinə düşən penal zərbəsini dəqiq yerinə yetirə bilməyib və bu, yekun nəticəyə öz təsirini göstərib.
"Maurisio Makri ona zəng edib, yığmanın oyunundan qürur hissi keçirdiyini deyib və tənqidlərə məhəl qoymamağı xahiş edib", — deyə prezidentin nümayəndəsi bildirib.
Qaynarinfo.az