Xəbər lenti

Ölkə prezidentinin sevgilisi media kapitanı oldu - FOTO
Maqazin10:41 12.03.2016

Ölkə prezidentinin sevgilisi media kapitanı oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva media sahəsində çalışacaq. Fanat.az xəbər verir ki, sabiq gimnast ölkənin ən böyük idman mətbuat orqanlarından olan "Sport-Express"in başına gətirilib.
Xəbəri 32 yaşlı idmançı özü də təsdiqləyib. Kabayeva bildirib ki, "Sport-Express"də aktiv şəkildə fəaliyyə göstərəcək: "Sport-Express"in fəaliyyətində aktiv şəkildə yer alacam. İstedadımı və təcrübəmi idmanla bağlı yeni macəralara həsr edəcəyim üçün çox xoşbəxtəm. "Sport-Express" kimi bir şirkətə rəhbərlik etdiyim üçün qürur duyuram".
2008-ci ildən Vladimir Putinlə birlikdə olan Kabayeva prezidentin həyat yoldaşı Ludmiladan boşanmasından sonra "gizli first lady" (birinci xanım) statusu daşıyır.
Qaynar.info