ABŞ müdafiə naziri Lloyd Ostin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib. Görüşdə xüsusilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Ermənistan naziri Ostinə ölkənin Silahlı Qüvvələrində həyata keçirilən "islahatlar və prioritet istiqamətlər” barədə ətraflı məlumat verib.
Öz növbəsində Pentaqon rəhbəri "Ermənistan müdafiə naziri rəhbərinin səfərinin tarixi əhəmiyyət daşıdığını” vurğulayıb.
Görüş zamanı Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ostin ABŞ-ın Ermənistanın müstəqilliyini və suverenliyini dəstəklədiyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın genişlənməyə davam etdiyini bildirib.
O, həmçinin ABŞ-ın Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlara dəstək verməyə hazır olduğunu ifadə edib.
Görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Xatırladaq ki, bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərdə dönüş nöqtəsinin yarandığını bəyan edib.
Alpər
Şərhlər