Xəbər lenti

Londonda bıçaqlı şəxs yoldan ötənlərə hücum edib
Dünya08:40 04.08.2016

Londonda bıçaqlı şəxs yoldan ötənlərə hücum edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 3-də axşam saatlarında Londonda naməlum şəxs bıçaqla insanlara hücum edib. 

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, o, 1 nəfəri öldürüb, 5 nəfər isə yaralayıb.

Hücum edən şəxsin 19 yaşı olduğu bildirilib. Polis onun ruhi xəstə olması ehtimalını irəli sürsə də, hücumun terror aktı olması da istisna edilmir. Cinayətkar həbs edilib. Hələ ki onun islamçılarla əlaqəsini sübut edən heç bir dəlil əldə edilməyib.

Qızılgül

Qaynarinfo.Az