
Los-Anceles şəhər soveti qondarma Dağlıq Qarabağ Respublikasını azad və suveren dövlət kimi tanıyıb.
Qaynar.info "Asbarez" qəzetinə istinadən xəbər verir ki, müzakirəyə çıxarılan sənəd şəhər çurası tərəfindən yekdilliklə qəbul olunub.
Şəhər sovetinin üzvü Pol Qriqoryanın rəhbəri olduğu layihə ötən ilin sentyabrın 10-da hazırlanaraq qondarma respublikanın Vaşinqtondakı daimi nümayəndəsi Robert Avetisyana təqdim olunmuşdu.
Sənəddə həmçinin qeyd olunur ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağ Respublikası"nı müstəqil və suveren dövlət kimi tanımalıdırlar.
Qaynar.info