Xəbər lenti

Lotereyada böyük uduş bir ailənin məhvinə səbəb oldu
Dünya13:31 26.11.2019

Lotereyada böyük uduş bir ailənin məhvinə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lotereyada böyük uduş qazanması ABŞ-da Stoukslar ailəsinin faciəli məhvinə səbəb olub.
Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, lotereyanın qalıbi Adam Stouks adi elektrik montyoru işləyib. Bəxti gətirib və 40 min funt sterlinq udub. O, qazandığı pulları özündə saxlayıb.
Adamın arvadı elektron poçtuna gələn bir məktubu oxuyana kimi pulların etibarlı yerdə qorunduğuna əmin olub. Məktubda ərinin bütün uduşu fahişələrə və narkotikə xərclədiyi yazılıbmış. O bu haqda ərinə deyən kimi evdə qalmaqal başlanıb. Qadın mübahisəni dərinləşdirməmək üçün evdən çıxaraq yaxınlarından birinin evinə gedib.
Evə qayıdanda əri onun qarşısını kəsib, əlindəki oxlovla başına vurub, sonra çarpayının üstünə yıxıb və yastıqla boğmağa çalışıb. Qadın qışqıraraq oğlanlarını – 5 yaşlı Metyü və 11 yaşlı Adamı səsləyib ki, polis çağırsınlar. Ancaq əri ona oğlanlarının "təhlükəsizlikdə” olduqlarını deyib. 
Qadın onun əlindən qurtulub küçəyə qaçmağa nail olub. Qışqırığı eşidən qonşular polis çağırıb. Bu vaxt əri yenidən onu içəri sala bilib və bellə kürəyinə zərbə burub. Kişi polisləri içəri buraxmamaq üçün 15 dəqiqə müqavimət göstərəndən sonra özünü öldürüb.
Bir-biriylə əl-ələ vermiş Adamla Metyünün cəsədi uşaq otağında adyalın altında tapılıb. Atası ikisini də bıçaqlayıbmış. Kişinin masanın üstündə buraxdığı məktubda o, arvadını "hər şeyi korlamaqda” günahlandırıb və uşaqlarını sevdiyini, tezliklə onlara qovuşacağını yazıb. 
Alpər