
Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Birliyinin seçkiləri saxtalaşdıran və mülki şəxslərə qarşı zorakılıq edən şəxslərə tətbiq edilmiş sanksiya siyahısına daxil edilməyib.
Qaynarinfo xəbər verir ki, bu sözləri Avropa Şurasının rəhbəri Çarlz Mişel deyib.
AB sammitinin ilk günündən sonra keçirdiyi mətbuat konfransında Mişel AB səlahiyyətlilərinin Belarusdakı vəziyyətin inkişafını izləyəcəyini qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl 27 AB ölkəsinin dövlət və hökumət başçıları Belarus rəsmilərinin sanksiya siyahısını təsdiqləyiblər. Siyahı təxminən 40 nəfərdən ibarətdir, adları isə hələlik bilinmir.
Alpər