Dünya 14:48 15.03.2022

Lukaşenko daha 23 il prezident, Belarus nüvə dövləti ola bilər – Yeni konstitusiya

Martın 15-dən Belarus Konstitusiyasının yeni variantı ilə yaşamağa başlayır. Dəyişikliklərin Belarusun Konstitusiya Günündə qüvvəyə minməsi simvolikdir. Bu, son 27 ildə Aleksandr Lukaşenkonun təşəbbüsü ilə qəbul edilmiş Əsas Qanunun dördüncü variantıdır.

Qaynarinfo xəbər verir ki, fevralın 27-də Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı respublika referendumu keçirilib. Referendumun qərarı bu gün, martın 15-dən qüvvəyə minir.

BelTA-nın məlumatına görə, Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin qəbul edilməsinə 4 milyon 440 min 813 vətəndaş səs verib. Bu, səsvermədə iştirak edənlərin ümumi sayının 82,86 faizini təşkil edir.

Belarus Konstitusiyasına dəyişikliklər

Rusiyanın 20-ci gündür Ukraynaya qarşı müharibə apardığı şəraitdə bəlkə də ən aktual dəyişikliklər, o cümlədən bunun üçün Belarus ərazisindən istifadə ilə bağlı 18-ci maddədir: "Belarus Respublikası öz ərazisindən başqa dövlətlərə qarşı hərbi təcavüzü istisna edir”.

Ancaq bu gün, yeni Konstitusiya qüvvəyə minəndə, Belarus hakimiyyətindən Rusiyanın Ukraynaya hərbi hücum üçün Belarus ərazisindən istifadəsini qadağan etdiyinə dair heç bir məlumat yoxdur.

Həmçinin, düzəlişlərin ən mühümü 1996-cı ildən mövcud olan, lakin bütün bu müddət ərzində onların fəaliyyəti üçün normativ bazaya malik olmayan ÜmumBelarus Xalq Yığıncaqlarının statusunun Konstitusiya layihəsində möhkəmləndirilməsidir.

Dəyişikliklər həmçinin nəzərdə tutur ki, bir şəxs Belarusda iki müddətdən artıq prezident postunu tuta bilməz, lakin bu qayda yeni seçilmiş dövlət başçısı vəzifəyə gəldikdən sonra qüvvəyə minəcək. Yəni indiki kadensdən sonra özünü ölkənin prezidenti elan edən Aleksandr Lukaşenko hipotetik olaraq 2025-ci ildən başlayaraq daha 10 il hakimiyyətdə ola biləcək.

Maraqlıdır ki, Belarusun eks-prezidentləri üçün Konstitusiya layihəsində xüsusi təhlükəsizlik təminatları nəzərdə tutulub. Keçmiş dövlət başçıları vəzifədə olarkən törətdikləri əməllərə görə məsuliyyətə cəlb oluna bilməzlər. Bundan əlavə, onlara BHP nümayəndəsi kimi yer və Respublika Şurasında ömürlük üzvlük zəmanəti verilir.

Aleksandr Lukaşenkodan başqa heç kim eyni vaxtda bir neçə vəzifə tuta bilməz. Lukaşenkonun həm prezident, həm də şuranın sədri qalmaq hüququ var.
Prezident zorakılıqla ölərsə, Belarusda dərhal fövqəladə vəziyyət və ya hərbi vəziyyət tətbiq edilir və qərarı Respublika Şurası sədrinin rəhbərliyi altında Təhlükəsizlik Şurası qəbul edir.

Yeni prezidentliyə namizədlərin bəxi o qədər də gətirməyib. Onların son 20 il ərzində Belarusda yaşaması və xaricdə yaşamaq icazəsinin olmaması şərtdir. Bu, repressiya təhlükəsi ilə ölkəni tərk etmiş bir çox müxalifətçini namizəd olmaqdan məhrum edir.

Bundan əlavə, Belarus qeyri-nüvə statusundan imtina edib. Fevralın 27-də Belarusda keçirilən referendumda seçicilərin 65,16%-i Konstitusiyaya dəyişikliklərin lehinə səs verib.
 
Alpər