Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasından sonra Daxili İşlər Nazirliyinə Minsk başda olmaqla ölkədə iğtişaşların yığışdırılmasıyla bağlı qəti göstəriş verib.
Qaynarinfo xəbər verir ki, o DİN qarşısında bir sıra vəzifələr qoyub. "İnsanlar yorulur, insanlar əmin-amanlıq və sakitlik tələb edirlər", - Lukaşenko deyib.
O, əlavə edib ki, ölkədə insanların böyük əksəriyyəti dinc şəraitdə yaşamaq istəyir: "Biz də bu sakit ölkəni onlara qaytarmalıyıq".
O, işçi kollektivlərini böhtan və küçə təhdidlərindən, o cümlədən media kollektivlərindən qorumağı tələb edib.
Lukaşenko xəbərdarlıq edib ki, əgər mediadan kimsə tətil etmək, çıxıb yenidən qayıtmaq istəyirsə, onlara belə bir şans verilməməlidir.
"Ancaq kollektivləri qorumaq lazımdır. Bu gün bizim vəzifəmiz budur. Bu, ən aktualdır", - deyə Lukashenko əlavə edib.
Alpər