Xəbər lenti

Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi (FOTO)
Dünya18:02 07.10.2022

Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə "Belarus” traktoru hədiyyə edib.
Yubiley hədiyyəsi barədə Lukaşenko özü jurnalistlərə danışıb.
"Özüm işlətdiyim traktordandır - "Belarus”dur. Ən yaxşısıdır. Əl işidir”, - deyə o qeyd edib.
"Bütün qoşquları ilə?”, - deyə jurnalistlərdən biri müxtəlif əlavələri olan maşınla maraqlanıb.
"Qoşqular, bilirsiniz, milyonlarladır. Buna görə də seçimdən asılıdır. Amma mən ona bir qoşqu   təklif edəcəyəm – toxumsəpən. Taxıl əkəcəyik. Başqa bir şey də ola bilər. Bu traktor universaldır”, - deyə Lukaşenko bildirib.