Lvov şəhərinin meri Andrey Sadovoy övladları təhsilini başa vurduqdan sonra Ukrayna Silahlı Qüvvələrində xidmət etmək niyyətində olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərindən UNIAN Telegram kanalı sitat gətirib.
"Hər kəsdən sakit olmağı xahiş edirəm. Onlar təhsillərini bitirəcəklər və hamı əsgərliyə gedəcək. Elə mən də. Bu, hamımıza aiddir. Amma tədrisi dayandırıb döyüşə getmək... Bu, bir ata kimi içimi incidir”, - Sadovoy deyir.
O əlavə edib ki, övladının üçü hələ məktəbdə oxuyur, daha ikisi tələbədir, ona görə də onlar təhsilini başa vurduqdan sonra xidmətə gedəcəklər.
Bundan əvvəl Ukraynanın Lvov vilayətində şəhər şurasının deputatlarının sessiya zamanı çağırış vərəqələri aldığı bildirilmişdi.
Alpər