Macarıstanın xarici işlər naziri Peter Syarto bildirib ki, Budapeşt Rusiyadan digər Avropa ölkələrinə təhlükə görmür.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Fransanın LCI kanalına müsahibəsində danışıb.
"Avropa İttifaqı ölkələrinin əksəriyyəti, o cümlədən şərq cinahda yerləşən ölkələr NATO-nun üzvüdür", deyə XİN başçısı bildirib.
O, Rusiyanın Alyansın heç bir üzvünə hücum edəcəyini düşünmədiyini, çünki NATO-nun dünyanın ən güclü müdafiə ittifaqı olduğunu deyib.
"Düşünürəm ki, təkcə Rusiya deyil, başqa heç kim NATO üzvü olan dövlətə hücum etməyəcək", deyə nazir vurğulayıb.
Siyarto xatırladıb ki, Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə əsasən, istənilən NATO üzvünə hücum bütün Alyansa hücum sayılır.
Aydın