Xəbər lenti

Macarıstan "sülh formulu" ilə bağlı danışıqlara başlayır: Bu, nə vəd edir?
Dünya11:39 24.08.2023

Macarıstan "sülh formulu" ilə bağlı danışıqlara başlayır: Bu, nə vəd edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Budapeşt Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında vasitəçi rolunu oynaya bilər. Macarıstanın belə potensialı var”.  
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Macarıstan prezidenti Katalin Novakın açıqlamasını şərh edərkən deyib. 
"Macarıstan hazırda Türkiyə ilə birlikdə digər NATO ölkələrindən fərqli olaraq, Rusiya ilə münasibətləri pozmayıb. Rusiyaya rəğbət göstərdiyinə görə Qərb ölkələri Macarıstandan narazıdır. Budapeşt Ankara kimi bir çox beynəlxalq təşkilatlarda özünün müstəqil xarici siyasət kursu ilə seçilən ölkələrdəndir. Macarısranın proseslərə yanaşması kifayət qədər obyektivdir. Bu isə onun uğurlu vasitəçiliyi üçün əsas ola bilər”, deyə Tural İsmayılov bildirib.
Həmsöhbətimiz Kiyevin Macarıstanın vasitəçiliyinə blok qoyacağını düşünmür: 
"Düzdür, indiki mərhələdə Rusiya-Ukrayna müharibəsinin tamamilə dayanacağını gözləmirik. Müharibənin qısa müddətdə bitməsi ehtimalı da yoxdur. Hətta müharibə dayansa belə, bu situativ xarakter daşıyacaq. Rusiya-Ukrayna gərginliyi hələ 50-100 il davam edəcək bir dövrə yayılacaq”. 
Ekspert hesab edir ki, Kiyevlə Moskvanın müzakirə edəcəyi məqamlar mövcuddur: 
"Bu fonda Macarıstan danışıqlarda vasitəçilik missiyasını üzərinə götürə bilər. Bu ölkə bir çox daşıqlarda vasitəçi qismində uğurlu model təklif edə bilər”. 
Qeyd edək ki, Macarıstan prezidenti Katalin Novak Kiyevdə "Krım platforması” sammitində çıxışı zamanı ölkəsinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini və sülh danışıqlarında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib. 
Rüfət Sultan