Macarıstan və Slovakiya Rusiyaya qarşı təklif olunan 18-ci sanksiya raundunu dəstəkləməmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bazar ertəsi keçirdiyi mətbuat brifinqində bildirib. Brifinq onun Facebook səhifəsində canlı
yayımlanıb.
Siyartonun sözlərinə görə, Macarıstan və Slovakiya bu sanksiya paketini Avropa İttifaqının Rusiya enerji daşıyıcılarının idxalına qadağa qoymaq planlarına cavab olaraq bloklayıblar.
Alpər
Şərhlər