Xəbər lenti

Macarıstanın baş naziri “Ukraynanın düşmənləri” siyahısına salındı
Dünya10:51 02.05.2022

Macarıstanın baş naziri “Ukraynanın düşmənləri” siyahısına salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın baş naziri Viktor Orban "Sülhməramlı” saytının məlumat bazasına "Ukraynanın düşmənlərindən” biri kimi daxil edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə URA.RU nəşri yazıb.
Kiyev, Macarıstan vasitəsilə Ukraynaya hərbi yardımın göstərilməsinə icazə vermədiyi üçün Macarıstan Nazirlər Kabinetinin rəhbərinə qarşı bu cür hərəkət edib.
Bazanın yaradıcıları Orbanı "anti-Ukrayna təbliğatçısı” və "Rusiya cinayətlərinin şəriki” adlandırıblar.
Yanvarın sonunda Xorvatiya prezidenti Zoran Milanoviç də Moskva ilə hərbi münaqişə olacağı təqdirdə Kiyevə dəstək üçün Xorvatiya qoşunlarını göndərməkdən imtina etdikdən sonra belə siyahıya əlavə edilib.
Alpər