Xəbər lenti

Macarlar təhlükəni Rusiyadan yox, Ukraynadan gözləyir (SORĞU)
Dünya 18:46 05.07.2024

Macarlar təhlükəni Rusiyadan yox, Ukraynadan gözləyir (SORĞU)

Telex yazır ki, Policy Solutions analitik mərkəzinin sorğusunun nəticələrinə görə, Macarıstan cəmiyyəti artıq Ukraynada Rusiyadan daha böyük təhlükə görür.

Qaynarinfo xəbər verir ki, sorğuda iştirak edən bütün ölkələr içində macarlar ən böyük təhlükə olaraq Ukraynanı (51%), Rusiyanı (46%), Çini ( 34%) və ABŞ-ı (34%) görürlər.

Sorğu aparanlar bunun ötən ilki məlumatlardan əhəmiyyətli bir dəyişiklik olduğunu bildiriblər: 2023-cü ildə macarlar hələ də Rusiyanı Ukraynadan 12 faiz çox, ən böyük təhlükə hesab edirdilər.

Tədqiqatçıların fikrincə, partiya mənsubiyyətindən asılı olmayaraq, Ukrayna haqqında təsəvvürlər son bir ildə çox pisləşib.

2023-cü il sorğusu ilə müqayisədə ukraynalı qaçqınlara münasibət də daha pisləşib. 2024-cü ilin yazında respondentlərin yalnız 17%-i deyib ki, ukraynalı qaçqınlar onların ərazilərinə köçsəydi, onlar özlərini yaxşı hiss edərmiş, eyni zamanda hər iki nəfərdən biri (49%) əksinə, özünü pis hiss edərmiş kimi rəylər bildiriblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->