
“Mən çox təəssüf edirəm ki, prezidentin hərəkətlərinə görə sakinləri əzab çəkirlər"
Amerikalı məşhur müğənni Madonna Malavinin dövlət başçısını korrupsiyada qınayıb.
ANS PRESS-in məlumatına görə, ifaçı Afrika ölkəsində dövlət səviyyəsində oğurluqlar olunduğuna görə adi insanların əzab-əziyyət çəkdiyini bildirib. Əslən Afrikadan olan Devid Bann və Mersi adlı uşaqlara analıq edən Madonna həmin ölkədə onlarla ibtidai məktəbin tikilməyinə sponsorluq edib. Daha sonra isə məlum olub ki, Madonnanın məktəblər üçün bağışladığı 4 milyon dollara Malavi höküməti yalnız bir neçə məktəbin sinif otaqlarını təmir etdirib. Yerdə qalan küllü miqdarda vəsaitin isə hara xərcləndiyi barədə hələ ki, açıqlama verilməyib.
Keçirilmiş yoxlamadan sonra Madonna onun tərəfindən əsasını qoyulmuş fondun başçısını işdən azad edib. Çıxışı zamanı isə bu sözləri bildirib: “Mən çox təəssüf edirəm ki, öz prezidentinin xoşagəlməz hərəkətlərinə görə Malavi sakinləri əzab çəkirlər. Xeyriyyə işini həyata keçirərək mən orada korrupsiyanın bütün dərinliyini gördüm. Ümid edirəm ki, hamı və hər şey ən yaxşı tərəfə dəyişəcək. Bu ölkənin vətəndaşları ən yaxşıya layiqdirlər" deyərək Madonna çıxışını bitirib.
Malavinin prezidenti Coys Banda isə öz növbəsində Madonnanı şantajda günahnaldıraraq onun yalan danışdığını deyib: “Madonna özünü çox vacib şəxsiyyət hesab edir. O istəyir ki, kasıb insanlar onun qarşısında rəqs etsinlər”.
Qaynar.info