Xəbər lenti

Madrid Kataloniya polisinin nəzarətini yerli hakimiyyətdən aldı
Dünya12:32 24.09.2017

Madrid Kataloniya polisinin nəzarətini yerli hakimiyyətdən aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın mərkəzi hökuməti Kataloniya yerli polis qüvvələrini idarə etmək səlahiyyətini müstəqillik üçün oktyabrın 1-i referendum keçirmək niyyətində olan Kataloniya hakimiyyətinin əlindən alıb.

"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, hökumətin qərarına əsasən, muxtar rayonda yerləşən Kataloniya və mərkəzi polis qüvvələrini polkovnik Dieqo Peres de los Kobos idarə edəcək.

Hökumət bu qərarın iki qüvvə arasında koordinasiyanın yaxşılaşdırılması məqsədi daşıdığını deyib. Lakin Kataloniya hakimiyyəti qərarı rədd edərək bunu qəbuledilməz müdaxilə adlandırıb.

Referendumda səsvermənin qarşısını almaq üçün, Kataloniyaya minlərlə əlavə polis göndərilib.

Konstitusiya Məhkəməsi referendumun qanunsuz olduğunu bəyan etsə də, Kataloniya liderləri hələ də səsverməni keçirmək niyyətindədirlər.

İspaniya hökuməti müstəqillik üzrə səsvermənin qarşısnı almaq üçün səsvermə materiallarını ələ keçirib, mühüm rəsmiləri cərimə edib və onlarla siyasətçini müvəqqəti olaraq saxlayıb.

İspaniyanın ictimai prokurorluq xidməti, polkovnik Perez de los Kobosun bu vəzifəyə təyinatını muxtar rayonlarda birgə əməliyyatlara dair qanuna əsaslandığını deyir.

Kataloniyanın "La Vanguardia" qəzeti bildirir ki, cənab de los Kobosunun səlahiyyətini artıran qərar oktyabrın 1-dən qüvvədə olacaq.

Kataloniya müstəqillik referendumunu traktorlarla dəstəkləyən aksiyalar "tractoradas" adlandırılıb

Kataloniyanın daxili işlər naziri Yoaquim Forn yerli hakimiyyətin, polisə "bu müdaxiləni" qəbul etmədiyini bəyan edib.

"Kataloniya hakimiyyəti dövlətin bu müdaxiləsini qəbul etmir, çünki bu Kataloniyada təhlükəsizliyi təmin etmək üçün istifadə edilən qanuni çərçivəni nəzərə almır", - o, deyib.

"Kataloniya polisinin rəhbəri öz səlahiyyətini başqasına ötürməyəcək", Forn əlavə edib.

Onun mühafizəkar Xalq Partiyasının təşkil etdiyi tədbirdə çıxış edən Baş nazir Mariano Rajoy referendumun keçirilməyəcəyini bir daha təkrarlayıb.

"Dayanıb referendumun olmayacağını demək ağıllı, məntiqli və demokratik olardı, çünki özləri də bilirlər ki, bu baş verməyəcək", cənab Rajoy vurğulayıb.

Qaynarinfo.Az