Xəbər lenti

Madriddə bardakı partlayış -  Xəsarət alanların sayı 25-ə çatdı
Dünya20:46 13.09.2025

Madriddə bardakı partlayış - Xəsarət alanların sayı 25-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın paytaxtı Madriddə baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Öz növbəsində, fövqəladə hallar xidməti indiyədək 21 yaralı barədə məlumat verib.
Nəşr qeyd edir ki, partlayış Madridin Puente de Valyekas bölgəsindəki yaşayış binasının zirzəmisində baş verib, sakinlər təxliyə edilib. Partlayış dalğası Mis Tesoros barına təsir edib.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Qaz partlayışının baş verməsi ehtimalı var.