Xəbər lenti

Maduro: III Dünya müharibəsi artıq başlayıb, ABŞ-ın öz planı var
Dünya 19:03 09.09.2025

Maduro: III Dünya müharibəsi artıq başlayıb, ABŞ-ın öz planı var

"III Dünya müharibəsi başlayıb və ABŞ-ın bununla bağlı öz planları var". 

Qaynarinfo xəbər verir ki, bunu RT-yə müsahibəsində Venesuela prezidenti Nikolas Maduro deyib.

O qeyd edib ki, Roma Papası Fransisk iki il əvvəl dünyanın III Dünya müharibəsinə doğru getdiyini bildirib:

"Mən inanıram ki, bu, artıq başlayıb. ABŞ imperiyasının dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu tətbiq etmək üçün müharibə planı var".

O, həmçinin bildirib ki, ABŞ Venesuelaya hücum etmək üçün onun reputasiyasını ləkələmək istəyir.

Sentyabrın 2-də ABŞ prezidenti Donald ABŞ Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünün məhv edildiyini açıqlayıb. Prezident vurğulayıb ki, Venesuela narkotik ticarəti ilə mübarizədə kifayət qədər iş görmür. Buna cavab olaraq Maduro ölkəsinin ötən əsrdə Amerikanın ən ciddi işğalı təhlükəsi ilə üz-üzə qaldığını bildirib və 25 min əsgərin səfərbər olunduğunu açıqlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->