Xəbər lenti

Mahir Emrelini transfer etmək istəyən əcnəbi klubun adı açıqlandı
İdman 15:37 13.02.2025

Mahir Emrelini transfer etmək istəyən əcnəbi klubun adı açıqlandı

Almaniyanın "Nürnberq" komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanan Cənubi Koreya klubu müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, "Seul" 27 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Daha əvvəl də azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberq şəhərinə nümayəndə də göndərib.

"Seul" oyunçunu razı sala bilsə, II Bundesliqa klubuna müəyyən məbləğ ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

Qeyd edək ki, Mahir Emreli ötən yay "Nürnberq"ə keçib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->