Xəbər lenti

Makedoniya ölkənin adını dəyişdirmək üçün referendum keçirir
Dünya06:55 30.09.2018

Makedoniya ölkənin adını dəyişdirmək üçün referendum keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Makedoniya bu gün ölkənin adının dəyişdirilməsi üçün referendum keçirir.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, səsvermədə 1,7 milyon seçici ölkənin adının Şimali Makedoniya Respulikası kimi dəyişdirilməsinə "Hə" və ya "Yox" cavabını verəcək. Səsvermə yerli saatla səhər 7.00-da başlayacaq və 19.00-da yekunlaşacaq. 
Qeyd edək ki, Makedoniya höküməti iyun ayında Yunanıstanla məsələ barədə razılaşmışdı. Yunanıstanda da eyni adlı ərazi olduğu üçün iki ölkə arasında 1991-ci ildən bəri gərginlik davam edirdi. 
Ad böhranı Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına mane olur.
Gülşən