Taylandda 2014-cü ildə gerçəkləşən hərbi çevrilişdən sonra hakimiyyətə gələn baş nazir Prayut Çan-oça sual verməyə həvəsli jurnalistlərə qarşı maraqlı addım atıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, paytaxt Banqkokda yerləşən parlament binasından çıxan baş nazir çöldə gözləyən jurnalistlərin suallarının bir qismini cavablandırıb. Daha sonra maketini öz yerinə qoyaraq jurnalistlərə "Siyasət və ya cənubda davam edən qarşıdurmalar barədə nəsə öyrənmək istəsəniz, sualları bu adama verin" deyib və əl edərək ərazini tərk edib.
Gülşən