Rusiyanın xalq artisti Sergey Makovetski sürgün edilən qolçomaq kəndlilərin taleyindən bəhs edən "Züleyxa gözlərini açır" televiziya serialının tənqidçilərinə cavab verib. Bundan əvvəl filmin dindarların hisslərini təhqir edib-etmədiyini yoxlamaq istənilib.
Qaynarinfo xəbər verir ki, "Züleyxa” filmində əsas rollardan birini oynamış Makovetskinin dediyinə görə, həqiqi dindarların hisslərini aşağılamaq olmaz. "Bütün başqa şeylərə gəlinxcə isə bu, sadəcə bir filmdir", - deyə xalq artisti əlavə edib.
O, bu sözlərlə Duma komitəsinin mülki cəmiyyətin inkişafı ilə əlaqədar rəhbəri Sergey Qavrilovun Baş Prokurorluğa və Mədəniyyət Nazirliyinə dindarların hisslərini təhqir etdiyinə görə serialın yoxlanılması tələbi ilə müraciət etmək təşəbbüsünə də reaksiya verib.
Qeyd edək ki, deputat Qavrilov filmin yaradıcılarını Rusiya tarixinin "son dərəcə birtərəfli, qərəzli və hətta təhrif edilmiş" şəkildə göstərdiklərinə görə kəskin şəkildə tənqid edib. Deputatın narazılığına seriallarda dini qurumlara rəhbərlik edən müftilərin adlarının siyasi məhbus kimi göstərilmələri də səbəb olub.
Xatıladaq ki, yazıçı Güzel Yaxinanın eyni adlı romanı əsasında çəkilən "Züleyxa gözlərini açır" serialının premyerası bir sıra qalmaqallarla müşayiət olunub. Baş rolu ifa edən aktrisa Çulpan Xamatova ilk epizodlardan sonra tatar cəmiyyətinin radikal hissəsinin onu lənətlədiyini, eyni zamanda tarixi həqiqəti təhrif etmək ittihamlarıyla üzləşdiyini deyib.
Alpər
Şərhlər