Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
AFP-nin məlumatına görə, Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib.
Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin ikinci turunda Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına qalib gəlib. Onlar Milli Assambleyada 182 yer qazanıb. İkinci yeri 168 mandat qazanan "Birgə!” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə Le Penin Milli Birlik Pariyası olacaq. Halbuki seçkilərin birinci turu radikal millətçilər olan Milli Birlik Partiyasının aşkar qələbəsilə bitmişdi. Le Penin partiyası bir həftə bundan qabaq səslərin 33.15 faizini qazanmışdı.
Şərhlər