Xəbər lenti

Makron Fransanı Ukraynada rüsvay edir - Sandrine Russo
Dünya10:15 10.06.2022

Makron Fransanı Ukraynada rüsvay edir - Sandrine Russo

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Prezidenti Emmanuel Makron Fransanı Ukraynada alçaldır.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu sözləri Fransa Yaşıllarının liderlərindən biri olan Sandrine Russo EURACTIV France-ya müsahibəsində deyib.
Russo deyib ki, Fransa və AB-nin Rusiya işğalına reaksiyası "tamamilə qeyri-adekvat" olub.
"Biz Avropa əhalisini müharibəyə hazırlaşmağa çağırmalı idik”,- deyə o vurğulayıb. Sandrine qeyd edir ki, əhalidən Rusiya işğalı başlayan kimi istiliklərini söndürmələrini və qaz istehlaklarını azaltmalarını xahiş etməliydik.
Uzunmüddətli perspektivdə Russo Avropa liderlərini bütün Avropadakı binaları təmir etmək üçün Marşal Planını həyata keçirməyə çağırır.
Nurlan Hüseynov