Dünya 13:29 15.03.2024

Makron Krımın Ukraynaya qaytarılmasını davamlı sülhün qarantı adlandırdı

Davamlı sülhə nail olmaq üçün Krım Ukraynanın bir hissəsi kimi tanınmalıdır. 

Qaynarinfo Newsweek-ə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Almaniya və Polşa rəhbərləri ilə görüşdən əvvəl müsahibə zamanı deyib.

"Biz Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün əlimizdən gələni edirik: əgər suverenlik olmasa, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, o cümlədən Krım geriyə qayıtmasa, davamlı sülhdən söhbət gedə bilməz”, - o deyib.

O vurğulayıb ki, Rusiya Federasiyası Ukraynadakı münaqişədə qalib gəlsə, "Avropaya inam sıfıra enəcək”. Eyni zamanda Makron qeyd edib ki, bu gün Rusiya Fransanın rəqibidir.

"Biz Rusiyaya qarşı müharibə aparmırıq, biz Ukraynanı dəstəkləyirik”, - deyə siyasətçi yekunlaşdırıb.

Makron həmçinin bildirib ki, belə bir zərurət yaranarsa, Fransa Rusiya ilə qarşı-qarşıya gələcək.

Alpər