Xəbər lenti

Makron sentyabrın 21-də Ermənistana səfər edə bilər
Dünya 13:55 16.08.2024

Makron sentyabrın 21-də Ermənistana səfər edə bilər

Fransa prezidenti Emmanuel Makron sentyabrın 21-də, Ermənistanın müstəqillik günündə İrəvana səfər edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti Fransanın erməni icmasındakı mənbələrə istinadən yazır.

Nəşrin qeyd etdiyi kimi, səfərin məqsədi Ermənistanın suverenliyinə dəstək nümayiş etdirməkdir.

Qəzet xatırladır ki, hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu İrəvanda gözlədiyini bildirib. Lakin səfər indəyənədək baş tutmayıb.

Fransa prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->