Fransa prezidenti Emmanuel Makron ABŞ-la münasibətləri barədə danışıb.
Qaynarinfo xəbər veriri ki, Makron TF1 kanalına verdiyi müsahibə zamanı ABŞ prezidenti Donald Trampın tənqidləri barədə açıqlamalarla yadda qalıb:
"ABŞ bizim tarixi müttəfiqimizdir və belə də qalacaq, amma müttəfiq olmaq asılı olmaq deyil. Onların vassalı olmamalıyıq. Tramp ABŞ siyasəti yürüdür və mən buna icazə verirəm. Avropanın suverenliyinə inanıram. Bütün Fransa xalqının təhlükəsizliyini ABŞ-ın övdəliyinə verə bilərəmmi? Xeyr, mənim vəzifəm sizi müdafiə etməkdir".
Fransa prezidenti həmçinin Avropanın ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün öz ordusunu yaratmağın zəruriliyindən danışıb.
Gülşən