Xəbər lenti

Makronun koalisiyası AP seçkilərindən öncə Marin Le Penə uduzur
Dünya 16:12 26.05.2024

Makronun koalisiyası AP seçkilərindən öncə Marin Le Penə uduzur

Marin Le Penin rəhbərlik etdiyi Fransanın ifrat sağçı Milli Cəbhə Partiyası qarşıdan gələn Avropa Parlamenti seçkiləri ərəfəsində prezident Emmanuel Makronun İntibah koalisiyası üzərində üstünlüyünü artırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" nəşri "Elabe", "La Tribune" və BMF TV-nin keçirdiyi sorğuya istinadən yazır.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 33%-i Milli Cəbhəni, 15,5%-i isə İntibah Partiyasının daxil olduğu hakim koalisiyanı dəstəkləməyə hazır olduğunu bildirib.

Seçicilərin 13%-i Rafael Qluksmannın rəhbərlik etdiyi Sosialist Partiyasına səs verməyə hazırdır. "Fəth edilməmiş Fransa" 8%, Yaşıllar Partiyası 6% səs alıb.

Bu arada, Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilər öncəsi Milli Cəbhə Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen ilə debat keçirməyə hazır olduğunu açıqlayıb.  Qaynarinfo xəbər verir ki, o, bu barədə "Le Parisien" qəzetinə müsahibəsində bildirib.

"İndi mən Marin Le Pen ilə debat etməyə hazıramsa, bunun Fransanın taleyinin qismən həll olunduğu bir seçki olduğuna inanırıqsa və mən bunun belə olduğuna inanıramsa, o zaman müzakirə aparmalıyıq", deyə Makron bildirib.

Dövlət başçısı əlavə edib ki, Avropa Parlamenti seçkilərindən sonra bu debat maraqlı olmayacaq, çünki o, artıq "ölkə prezidenti"dir. Beləliklə, o, əslində təsis etdiyi İntibah Partiyasının namizədlərinin irəli sürülməsində iştirak etdiyini, səsverməyə iki həftə qalmış ictimai rəy sorğularında Le Penin partiyasından iki dəfə aşağı olduğunu təsdiqləyib.

"İntibah siyahısı uğursuz olarsa, Makron istefası və ya Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması məsələsini gündəmə gətirərsə, ona qarşı debatda iştirak etməyə hazıram. Parlament çoxluğunun lideri deyil, dövlət başçısı olan Respublika prezidenti seçki meydanına girərsə, o, öhdəlikləri qəbul etməli və tələbləri qəbul etməyə hazır olmalıdır", deyə Marin Le Pen X-də (əvvəllər Twitter) Makrona reaksiya verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->