Malayziyanın yeni Kralı Abdulla Riayatuddin Əl Mustafa Billah Şahın tacqoyma mərasimi keçirilib.
Qaynarinfo Channel News Asia-ya istinadən xəbər verir ki, bu gün 60 yaşı tamam olan kral mərasimdə Muskat adlı rəsmi geyimdən istifadə edib.
Paytaxt Kuala Lumpurdakı Kral Sarayına gələn Abdulla Riayatuddin Əl Mustafa Billah və həyat yoldaşı Tunku Əzizə Əminə Maymuna İsgəndəriyyə Baş nazir Mahathir Məhəmməd və köməkçisi Van Əzizə Van tərəfindən qarşılanıb. Abdulla Riayatuddin bu ilin 11 yanvarında ölkənin 16-cı kralı elan edilib. O, 5 il ərzində bu postda qalacaq.
Qeyd edək ki, Malayziyanın əvvəlki Kralı Sultan Məhəmməd yanvar ayında vəzifə müddəti bitmədən istefa vermişdi.