Xəbər lenti

Malidə çevriliş: hərbçilər prezident və baş naziri həbs etdilər
Dünya08:06 25.05.2021

Malidə çevriliş: hərbçilər prezident və baş naziri həbs etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mali ordusu ölkənin müvəqqəti prezidenti Ba Ndau və hökumət başçısı Moktar Ouanı Bamako yaxınlığındakı Kati hərbi bazasında nəzarətə alaraq həbs edib.
Qaynarinfo xəbər verir ki, analitiklər ölkə rəhbərliyinin həbsinin "güc" nazirlərini - müdafiə və daxili təhlükəsizlik nazirlərinin rəhbərlərinin daxil edilmədiyi ölkənin yeni Nazirlər Kabinetinin elan edilmiş tərkibinə reaksiya ola biləcəyini düşünürlər. Yeni kabinet ölkənin keçid hökumətinin istefasından sonra qurulub.
ABŞ səfirliyi də öz növbəsində "Bamakoda hərbi aktivliyin artması" barədə məlumat aldığını bildirib və Malinin paytaxtındakı amerikalıları hərəkətlərini məhdudlaşdırmağa çağırıb. Şəhərin küçələrində qiyamlar başlayıb.
Xatırladaq ki, keçən ilin avqust ayında Prezident İbrahim Boubacar Keita "vəzifəsində qalmaq üçün qan tökmək istəmədiyini" söyləyərək ordunun təzyiqi altında istefa vermişdi. Bundan sonra ölkəyə müvəqqəti hökumət rəhbərlik edirdi.
Alpər