Xəbər lenti

Manaf Ağayev: “O qadın üzünü yumamalı, saçını daramamalıdır...”
Sənət11:39 22.12.2021

Manaf Ağayev: “O qadın üzünü yumamalı, saçını daramamalıdır...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kim olur-olsun toy paltarında şəhid ailələri ilə görüşə getməzlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev Xalq artisti Flora Kərimovanın sənət adamlarına çağırışına dəstəyini ifadə edərkən deyib.
Müğənni, Flora Kərimovanın fikirləri ilə razı olduğunu vurğulayıb:
"Flora Kərimova düz deyir. Flora xanım qadın müğənniləri nəzərdə tutur. Hər yerin - yasın da, toyun da öz geyimi var. Gedəndə bir düşün, sən şəhid ailəsinə görüşə gedirsən, onu ziyarət edirsən. Ayıbdır, qara geyinib getməlisən. Hətta üzündə makiyaj da olmalı deyil. O qadın heç üzünü də yumamalı, saçını da daramamalıdır. Bunu birinci sinif şagirdi belə bilir”.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova mətbuata açıqlamasında şəhid ailələrini ziyarət edən sənət adamlarına çağırış edib. O: "Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər. Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni... Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar, bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə... Qadının səliqə boynuna biçilib, amma..." - deyə bildirib.
Bahar Rüstəmli