"Mançester Siti" gənc ulduzu Fil Fodenlə yeni müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, klub futbolçu ilə müqavilənin müddətinin 2027-ci ilə qədər uzadıldığını açıqlayıb.
Foden klubun saytına açıqlamasında "Xoşbəxtliyimi sözlə təsvir etmək çətindir. Mən bütün həyatım boyu "Mançester Siti"nin fanatı olmuşam. Bu klubu sevirəm və 2027-ci ilə qədər onun bir parçası olduğum üçün çox xoşbəxtəm" - ifadələrindən istifadə edib.
"Mançester Siti”nin yetirməsi olan yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 182 oyunda 52 qola, 36 məhsuldar ötürməyə müəlliflik edib.
O, "şəhərlilər"in heyətində 4 Premyer Liqa, 2 İngiltərə Liqa Kuboku, 2 "Community Shiled" və 1 Federasiya kuboku qazanıb. Futbolçu həmçinin iki dəfə Premyer Liqada "Mövsümün ən yaxşı gənc futbolçusu" mükafatına layiq görülüb.
Səbuhi Həsənov