Xəbər lenti

İdman 23:35 12.09.2023

"Mançester Yunayted" 75 milyonluq futbolçusunun formalarını sata bilmir - Bir hərfə görə

"Mançester Yunayted” maraqlı problemlə üzləşib.

Qaynarinfo-nun məlumatına görə, klub yeni transfer Rasmus Hoylundun formalarını sata bilmir. Premyer Liqa nəhəngi 75 milyon funt-sterlinqə transfer etdiyi futbolçunun formalarını soyadındakı "ø" hərfinə görə bir aydır sata bilmir.

"Daily Mail"in məlumatına görə, klubun "Old Trafford"dakı nəhəng mağazası bu problemi yoluna qoymaq  və Hoylundun soyadını yazmaq üçün lazımi hərfi gözləməli olub. Forma almaq üçün mağazaya gələn və bu vəziyyətdən xəbər tutan məyus azarkeşlər isə klubu "bacarıqsız” adlandırıblar. Avqustun əvvəlində "Atalanta"dan transfer olunan futbolçunun formasını almaq istəyən azarkeşlərə söz verilib ki, "ø” hərfi stokda yoxdur və yalnız çərşənbə gününə qədər gəlib çatacaq. Bu məsələni əhəmiyyətsiz hesab edənlər olsa da, bəzi "Mançester Yunayted” azarkeşləri klub rəsmilərini ən elementar işləri belə düzgün edə bilməməkdə günahlandırıb. 

20 yaşlı futbolçunun adı yazılmış formanı ad günü hədiyyəsi olaraq ala bilməyən azarkeşlərdən biri narazılığını ifadə edərkən, "Bu, tam bacarıqsızlıqdır. Siz böyük bir yay müqaviləsi imzaladınız və hələ də onun adı olan formanı ala bilmirsiniz, çünki heç kim Danimarka hərfini ala bilmir" - deyib.

"Mançester Yunayted" bu Danimarka hərfi olan formaları mağazaya ən qısa zamanda gətirməklə forma satışına başlamaq istəyir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->